05 İyun 2026
Dünya futbolu

“Beşiktaş” İtaliyadan futbolçu alır

“Beşiktaş” müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Empoli”dən çıxış edən Liberato Kakaçeni transfer etmək istəyir. 24 yaşlı futbolçu üçün yayda təklif göndəriləcək.

Yeni Zelandiya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43