05 İyun 2026
Dünya futbolu

“Beşiktaş” kapitanı ilə müqavilə uzatdı

“Beşiktaş” futbolçusu Necip Uysalla yeni müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi ilə 2 illik sözləşmə imzalanıb. Onunla 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Komandanın kapitanı olan Uysal İstanbul təmsilçisi ilə 4 dəfə Superliqanın, 4 dəfə ölkə kubokunun və 2 dəfə Türkiyə Superkubokunun qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43