Dünya futbolu

“Beşiktaş”da yeni müqavilə

“Beşiktaş”da yeni müqavilə qeydə alınıb.

İdmanxeber.com-un məlumatına görə, “qara qartallar” təcrübəli futbolçularından olan Nəcip Uysalla yeni sözləşmə imzalayıb. Müqaviləyə əsasən 26 yaşlı yarımmüdafiəçi 2021-ci ilədək “ağ-qaralar”ın uğurları üçün tər tökəcək.

Qeyd edək ki, Nəcip Uysal “Beşiktaş”ın yetirməsidi. O, İstanbul təmsilçisinin heyətində 254 rəsmi matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43