Dünyadan

“Beşiktaş”ın qapıçısından jurnalistə cavab: “Yayımlamayan şərəfsizdir”

"Beşiktaş" klubunun qapıçısı Tolqa Zəngin Türkiyə mətbuatına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, özü haqqında çıxan xəbərlərə reaksiya göstərən Tolga, "Mənim haqqımda, yaşamadığım görmədiyim xəbərlər çıxdı. Mənim üçün gecə həyatı yazdılar. Bu xəbərləri edən müəyyən kəslərdir. Mən də bu xəbərlərə qarşılıq, "əlində fotoşəkil olub da yayımlamayan şərəfsizdir, əgər ortada fotoşəkil varsa mən şərəfsizəm"- dedim. Belə dövrlərin də olması lazımdır. İnsanları tanıyırsan. Mən burada çox xoşbəxtəm. "Beşiktaş"a da istəyərək gəldim. "Beşiktaş"a gələrkən 1 manat pul da pul almamışam". – bu fikirləri səsləndirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43