Kateqoriyasız

Hakimlərimizin yeni təyinatları

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan azərbaycanlı hakimlər bugün 4 oyun idarə edəcəklər.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” və “Dinamo”nun əvəzedici heyətləri arasında keçiriləcək oyun da azərbaycanlı referilərə tapşırılıb.

23 yanvar

“Spartak” – “Sinqapur” U-23

Hakimlər: Etibar Həsənov, Coşqun Həsənov, Cavanşir Yusifov

“Dinamo” (Moskva, əvəzedicilər) – “Neftçi” (əvəzedicilər)

Hakimlər: Mahir Məmmədov, Vüqar Bayramov, Mübariz Haşımov

Ukrayna (U-21) – Albaniya (U-21)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Rəvan Həmzəzadə

“Mordoviya” – “Qunaçjaou”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43