Ölkə futbolu

“Bizə Qurban Qurbanov kimi dürüst insan lazımdı” – Abdulbari Gözəl

“Gəliri azalsa da, “Azərsun Holdinq” “Qarabağ” futbol klubuna maliyyə dəstəyini əsirgəməyəcək”.Bunu jurnalistlərlə görüşdə holdinqin prezidenti Abdulbari Gözəl deyib.

Onun sözlərinə görə, rəhbərlik “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova güvənir: “Bizim gəlirlərimiz azalıb. Əlimizdə olan vəsaitin azlığına baxmayaraq, “Qarabağ”a lazım olan vəsaiti ayırırıq. Qarabağ milli məsələ kimi önümüzdə durur. Dünyada bunun siyasi dəyəri var. Qurban Qurbanova gəldikdə, onu da deyim ki, o, dürüst insandı və bizə də elə dürüst insan lazımdı”. ONA


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43