İdman

“Biz kişiyik, təhqirə keçmək isə nakişilikdi” – Millimizin qapıçısı

Futzal üzrə Avropa çempionatının 1/4 finalının görüşləri çərçivəsində Portuqaliyaya 1:8 hesabı ilə uduzan millimizin qapıçısı Rövşən Hüseynli yığmamızı tənqid edənlərə sərt cavab verib.

İdmanxeber.com-un məlumatına görə, qolkiper şəxsi “facebook” səhifəsində bu məğlubiyyətə görə çox üzüldüklərini bildirib. Rövşən bu ağır məğlubiyyətə görə onları təhqir edənlərə belə cavab verib: 

“Qalib gəldiyimiz bütün oyunlarda bizim yanımızda olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Qarşılaşma haqda fikir bildirməyəcəm, hər şey göz qabağındadı. Lakin unutmayaq ki, bu futzaldı. Burada risk etməlisən, biz də etdik, lakin alınmadı, uduzduq. Hər şeyi qoyaq bir kənara biz kişiyik, tənqidi normal qəbul edirəm. Ancaq belə şeyə görə təhqirə keçmək, bu nakişilikdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43