Kateqoriyasız

“Bizimlə birlikdə az məşq etdikləri üçün seçimi bu cür etmişdim” – De Byazi

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində səfərdə Lüksemburqa 1:2 hesabı ilə məğlub olub.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Canni De Byazi fikirlərini bildirib:

“İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik. Müdafiədən çıxmaqda çətinlik çəkirdik. Məşqlərdə bunun üzərində çox işləyirdik. Çox sadə iki qol buraxdıq. İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq. Fasilədə 3 əvəzetmə etdik və bu da oyunumuza müsbət təsir göstərdi. İkinci hissənin 12-ci dəqiqəsindən etibarən oyuna nəzarəti ələ aldıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq.

Heyət seçiminə gəlincə, futbolçuların bəziləri ilə ayın 25-dən birlikdə məşq edirdik. Ölkə xaricində oynayanlar düşərgəyə gec qoşulmuşdular. Bizimlə birlikdə az məşq etdikləri üçün seçimi bu cür etmişdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43