Kateqoriyasız

“Bney Yehuda”da ciddi itkilər: 3 futbolçu “Neftçi”yə qarşı oynamaya bilər

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi”ni qonaq edəcək “Bney Yehuda” ciddi itkilərlə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, İsrail klubunun 3 futbolçusu – müdafiəçi İtzik Azuz və  yarımmüdafiəçiçilər Amit Zenati, Eithan Velblum zədəlidir. Onların Bakı təmsilçisinin qarşı oynayıb-oynamayacağının sual altındadı.

Qeyd edək ki, “Bney-Yehuda” – “Neftçi” görüşü avqustun 15-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matç 2:2 hesabı ilə başa çatıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43