Kateqoriyasız

“Bney Yehuda”nın “Neftçi”ni keçmək şansı sıfıra bərabərdir” – Əmir Ağayev

“Sumqayıt”ın israilli yarımmüdafiəçisi Əmir Ağayev ölkəsinin mətbuatına müsahibəsində Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşacaq “Bney Yehuda” (İsrail) – “Neftçi” oyunu barədə fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, Ağayev “Neftçi”nin mərhələni asanlıqla keçəcəyini bildirib:

“Mövsümün əvvəlində “Bney Yehuda”da baş verənlərə görə, indiki heyətləriylə “Neftçi”ni keçmək şansları sıfıra bərabərdir. Sadəcə, möcüzəylə bacara bilərlər. Ancaq onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. “Neftçi” isə çox güclüdür və yaxşı kollektivi var.

Onların “Neftçi”ni keçəcəklərinə inanmağım çətindir. Məncə, “Bney Yehuda” heyətini gücləndirmək və çempionatı düşünür. Bu səbəbdən də mənimlə əlaqə saxlamadıqlarını düşünürəm.

Əmir Ağayev “Bney Yehuda”nın yetirməsidir və 2017-ci ilə qədər bu klubda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43