İdman

Braziliya millisinin məşqini 36000-dən çox azarkeş izlədi – FOTO

Braziliya milli komandasının son məşqini 36 min 125 tamaşaçı stadiondan canlı olaraq izləyib.

İdmanxeber.com-un məlumatına görə, Braziliyanın şimalında yerlərəşən, təxminən 2 milyon əhalisi olan Manaus qəsəbəsindəki 44 min tamaşaçı tutumuna malik "Amazoniya Arena"ya toplaşanlar komandalarının məşqini izləməkdən zövq alıblar. İldə bir dəfə azarkeşləri məşq zamanı arenalara dəvət edən milli komanda, bu işi həm də xeyriyyə üçün edir. Belə ki, məşqi yaxından izləmək üçün stadiona gələn hər bir insan, kimsəsizlər evinə bağışlanması məqsədi ilə 1 kq ərzaq gətirib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43