“Nyukasl” da braziliyalı forvard Mateus Kunyanı heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” “Vulverhempton”un hücumçusunu transfer etmək niyyətindədir. “Sağsağanlar” 25 yaşlı hücumçu üçün onun klubuna 72 milyon avroluq təklif göndərəcək.
Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

