Ölkə futbolu

Braziliyanın “yeddi”si çıxdı

Dç-2014-də ilk finalçının adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, yarımfinalın ilk matçında Braziliya və Almaniya milliləri münasibətlərə aydınlıq gətiriblər.

Matçdan öncə favorit göstərilən almanlar onlara olan bu güvəni artıqlaması ilə isbatlayıblar. İlk hissədə “sambaçılar”ın qapısına 5 cavabsız qol vuran Yoahim Lövün yetirmələri ikinci hissədə daha 2 qol vuraraq hesbaı biabırçı həddə çatdırıblar. 

Braziliya millisinin gücü isə cəmi bir qola çatıb – 1:7.

Qeyd edək ki, digər yarımfinal görüşü çərçivəsində sabah Hollandiya – Argentina yığmaları üz-üzə gələcək.

8 iyul

01:00. Braziliya – Almaniya – 1:7

Qollar: Müller, 11, Kloze,23, Kros, 24, 26, Xedira, 2, Şürle, 69, 78, Oskar, 90

Baş hakim: Marko Rodriqes (Meksika)

“Estadio Mineyrao”. Belo Horizonte

9 iyul

01:00. Hollandiya – Argentina

Baş hakim: Cüneyt Çakır (Türkiyə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43