Ukraynanın “Dnepr” klubunun futbolçusu Bayram Budaqov “Qəbələ”nin düşərgəsinə yollanıb.
İdmanxeber.com-un məlumatına görə, bir müddət öncə “Xəzər Lənkəran”da da baxışda olmuş, amma baş məşqçi Oğuz Çətin tərəfindən bəyənilməmiş futbolçu əyalət klubunda özünü doğrulda bilsə o zaman Muntyanu onu əsas komandaya cəlb edəcək.