“Ümumən, oyunu dəyərləndirmək çətindir. Altı aydır məğlub olmurduq. Nə vaxtsa məğub olmalıydıq. Amma bu cür məğlubiyyət bizə yaraşmadı. İlk hissənin son dəqiqələri oyunun qırılma anı oldu. İkinci hissədə daha yaxşı oynadıq. Ancaq yenə də texniki səhvdən sonra qol buraxdıq. Artıq bu oyun geridə qaldı. Səhvlərimizdən nəticə çıxarıb, növbəti oyunlara hazırlaşacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sabah” məğlubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:
“Bəhanə kimi sayılmasın, amma bizim kimi komandaların 5-6 oyunçusunun olmaması çətinlik yaradır. Onların yerlərini doldura bilmirik. Komandam bu gün ən zəif oyunlarından birini keçirdi”.

