Kateqoriyasız

Bu da son! “Qarabağ”a texniki məğlubiyyət verildi!

"Qarabağ"ın Topaz Premyer Liqasının ilk turunda "Sumqayıt" üzərində qazandığı böyük hesablı qələbə texniki məğlubiyyət ilə əvəzlənib.

İdmanxeber.com-un məlumatına görə, yeni limitə əsasən bu il hər komanda meydana ən çox 6 legionerlə çıxa bilərdi. Lakin Qurban Qurbanovun səhvi nəticəsində matçın 69-cu dəqiqədə Riçard Almeyda Namiq Yusifovun əvəzinə meydana çıxıb. Almeydanın meydana girməsi ilə Ağdam klubunun heyətində 7 legioner birdən mübarizə aparıb ki, bu da yeni qaydalara ziddi.

Artıq Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev sözügedən matçda qaydanın pozulmasına görə, "Qarabağ"a texniki məğlubiyyət veriləcəyini bildirib. Beləliklə, Ağdam klubu yeni mövsümə 0:3 hesablı texniki məğlubiyyətlə başlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43