25 İyul 2026
Ölkə futbolu

Bu da son! Serbiyalı futbolçu Premyer Liqa klubundan göndərildi!

“Sabah” daha bir futbolçu ilə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu serbiyalı hücumçu Neqoş Kupusoviçlə vidalaşıb. O, məşqçilər heyətinin gələcək planlarına daxil deyil.

Klub yaxın günlərdə onunla yolların ayrıldığını rəsmən açıqlayacaq.

“Sabah” Kupusoviçlə 2024-cü ildə 3 illik müqavilə bağlamışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43