Dünya futbolu

Bu futbolçular “Qalatasaray”dan göndərilir

“Qalatasaray” mövsümün sonunda heyətdə ciddi dəyişikliklər edəcək.

İdmanxeber.az xəbər verir ki, İstanbul təmsilçisi 8 futbolçu ilə yollarını ayıracaq. Sofian Fequli, Rayan Babel, Arda Turan, Aytaç Kara, Oğulcan Çağlayan, Emre Taşdemir, Xesse Sekidika və Valentin Ozornvafor komandadan göndəriləcək.

“Sarı-qırmızılar”ın rəhbərliyi həm maaş büdcəsini azaltmaq, həm də daha gənc futbolçulardan ibarət kollektiv yaratmağı planlaşdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43