12 İyun 2026
Ölkə futbolu

“Bu, ölüm-dirim məsələsi deyil” – İslandiyanın baş məşqçisi

“Seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik. Bu səbəbdən sabahkı matçda qalib gəlməliyik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson DÇ-2026-nın seçmə mərhələsində evdə Azərbaycan millisinə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis matça ciddi hazırlaşdıqlarını bildirib: “Bu, ölüm-dirim məsələsi deyil. Amma rəqibi ciddiyə almalıyıq. Böyük hədəflərimiz var. Özümüzə inanmalıyıq. Hər kəs inanılmaz dərəcədə sakitdir. Oyunla bağlı nikbinəm”.

Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (Azertac)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43