17 İyun 2026
Ölkə futbolu

“Bu oyundan bir xal, hətta üç xal da qazanmaq olardı” – Mateuş Koxalski

“Düşünürəm ki, yaxşı oyun keçirdik. İlk hissədə daha yaxşı çıxış etmişdik. Təəssüf ki, ikinci yarı oyuna tam köklənə bilmədik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Napoli” oyunu sonra açıqlaması zamanı deyib. O, daha sonra belə davam edib:

“Yaxşı oynamağım və penalti qaytarmağım önəmli deyil. Çünki əsas komanda oyunudur. Təəssüf ki, bu gün alınmadı. Bu oyundan bir xal, hətta üç xal da  qazanmaq olardı. Növbəti matçlarda daha yaxşı oynayacağımızı düşünürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43