“Bizim baş məşqçidən tələbimiz, istəyimiz, gözləntimiz ondan ibarətdi ki, komanda yaxşı nəticələr qazansın.
Bunu İdmanxeber.az saytına “Şəfa” futbol klubunun tərkibində olduğu, ötəb ildən himayəsində götürdüyü “MyGroup Holding”in Azərbaycan üzrə rəhbəri Kənan Sadıqlı deyib.
Kluba lazım olan maliyyənin ayrıldığını, diqqətin olduğunu bildirən Sadıqlı komandanın baş məşqçisi Elgiz Kərəmliyə və onun rəhbərlik etdiyi kollektivə inandıqlarını bildirib:
“Formalaşdırdığımız heyət, rəhbərliyin komandaya yanaşması və bu kimi digər nüansları nəzərə alsaq, biz də nəticə istəyirik. Baş məşqçimiz Elgiz Kərəmlinin komandadan göndəriləcəyi ilə bağlı hər hansı bir qərar müzakirə mövzusu deyil. Hazırkı durum bizi qənaətbəxşdi. Komanda birinci pillədədi və bu bizi qane edir. Təbii ki, “Difai” ilə oyunda itirilən xal bizi məyus etdi. Xal fərqini artırmaq üçün əlimizdə yaxşı imkan var idi. Biz Elgiz Kərəmliyə inanırıq. Gənc məşqçidi və biz də öz növbəmizdə ona dəstək oluruq. Lakin yenə qeyd edirəm, bizim də məqsədlərimiz var. Məqsədlərlə reallıq üst-üstə düşməlidi. Ancaq bir daha vurğulayıram ki, məşqçimizin göndəriləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır”.
Qeyd edək, Kənan Sadıqlının İdmanxeber.az saytına verdiyi geniş müsahibə ilə yaxın günlərdə tanış olacaqsınız.

