İdman

Budaq Nəsirov ümidləri doğruldur

Portuqaliya II liqasında XVIII turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandası doğma meydanda “Vitoria Qimarayş”ın B komandasını qəbul edib. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb – 2:1.

21 yaşadək futbolçulardan ibarət milli komandamızın futbolçusu bu matçın iştirakçısı olub. Zədəsini yeni sağaldan yarımmüdafiəçi oyunun 64-cü dəqiqəsində meydana daxil olub.

18 turdan sonra aktivində 24 xal olan “Sportinq” turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43