Milli komanda

Bundesliqa klubunun futbolçusu: “Azərbaycan millisində oynadığım üçün peşman deyiləm”

“İlk dəfə mənimlə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts əlaqə yaradıb. Onunla görüşdüm və ilk dəfədən məndə müsbət fikir yarandı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Azərbaycan millisində oynadığım üçün peşman deyiləm. Bu qərarımı ailəm də dəstəklədi. Ötən seçmə mərhələdə yığmada 10 matçın hamısında iştirak etdim. Milli komandada çıxış etməklə sizin yalnız televiziyada gördüyünüz futbolçulara qarşı oynamaq imkanınız olur”.

“Karlsrue”də top qovan futbolçu klubu haqda da danışıb: 

“Ötən mövsüm pley-off matçında “Hamburq”a uduzmaqla Bundesliqaya vəsiqə qazana bilmədik. Bu, bizim üçün çox ağır oldu. Lakin biz həvəsdən düşməməliyik və irəli baxmalıyıq. Ötən mövsümkü nəticədən sonra bizdən daha böyük uğurlar gözlənilir. Gələcək karyerama gəlincə, nəzərimdə bir neçə variant var”.

Qeyd edək ki, “Karlsrue” II Bundesliqanın geridə qalan 19 turundan sonra 25 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43