Dünya futbolu

Buskets niyə ayrıldı? –  “Hər şey Messi üçün”

“Barselona”nın oyunçusu Serixo Busketsin klubdan ayrılmasının səbəbi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə La Liqa prezidenti Xavyer Tebas açıqlama verib. O bildirib ki, Kataloniya təmsilçisi bütün bu addımları Lionel Messinin yenidən komandaya gətirmək üçün edir.

Hazırda ciddi maliyə problemi yaşayan “Barselona”nın bir neçə oyunçudan qurtulmağa çalışdığı bildirilir. Rəhbərliyin əsas hədəfi isə Leonu heyətə cəlb etməkdir.

Xatırladaq ki, Messinin komandaya qayıtması üçün rəhərlik 150 milyon avroluq gəlir qaynağı yaratmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43