Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstan təmsilçisi “Arda” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda öz meydanında Litvanın “Kauno Jalgiris” klubunu 2:0 hesabı ilə məğlub edərək pley-off mərhələsinə adlayıb. Hüseynov görüşün bütün 90 dəqiqəsini meydanda keçirib.
“Arda” növbəti mərhələdə Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq. İlk oyun avqustun 21-də səfərdə, cavab qarşılaşması isə avqustun 28-də Bolqarıstanda baş tutacaq.

