Kateqoriyasız

Canni De Byazinin mətbuat konfransının vaxtı məlum oldu

Martın 27-də, saat 21:00-da, Macarıstanın Debretsen şəhərində keçiriləcək Qətər – Azərbaycan beynəlxalq yoldaşlıq oyunu ərəfəsində hər iki komandanın keçirəcəyi mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, hər iki konfrans və açıq məşq oyundan bir gün əvvəl – martın 26-da olacaq. Əvvəlcə Qətər yığmasının baş məşqçisi Feliks Sançes media nümayəndələrinin qarşısına çıxacaq. Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı isə saat 17:00-da olacaq.

Qətər milli komandası
Saat 16:00. Mətbuat konfransı
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
Saat 17:00. Mətbuat konfransı
Saat 17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Qeyd: Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43