İdman

Cavid Hüseynov: “Sürix”lə görüş nisbətən ağır keçdi”

“Təlim-məşq toplanışı yaxşı keçdi. Həm fiziki, həm taktiki hazırlıq üzərində çalışdıq. İki yoxlama matçında qüvvəmizi sınadıq. İlk matçla müqayisədə “Sürix”lə görüş nisbətən ağır keçdi. Qarşılaşmada bəzi boşluqlar buraxdıq. Xüsusilə də ikinci hissədə öz oyunumuzu göstərə bilmədik. Amma bizim də şanslarımız çox oldu. Yüz faizlik imkanlardan yararlana bilmədik“.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov “Sürix”ə 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə fikirlərini klubun saytına bildirərkən deyib.

O söyləyib ki,  ümumilikdə toplanışın ilk yarısını normal hesab etmək olar: “Qarşıda hazırlığın ikinci mərhələsi var. İnanıram ki, həmin hazırlıq prosesində üzərimizdə çalışıb, bu çatışmazlıqları aradan qaldıracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

I Divizion: turun təyinatları məlum oldu

admin

Çalhanoğlunun yeni klubu bəlli oldu

admin

Avropa Liqası: “İnter” və “Zirə”nin oyunlarına necə baxaq?

admin