Ölkə futbolu

Cavid İmamverdiyev “Neftçi”dən qaçmaq istəyir (ÖZƏL)

“Neftçi”də növbəti ayrılıq reallaşa bilər.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, Cavid İmamverdiyev də “ağ-qaralar”dan ayrılmaq niyyətindədi. Futbolçu komandadan getmək istədiyini rəhbərliyə bildirib. Lakin Cavidin bu istəyi klub funksionerlərinin xoşuna getməyib və futbolçu “yox” cavabı eşidib.

Cavidin komandadan getmək istəməsinin başlıca səbəbi pul olub. Belə ki, aylıq 5 min manat qazanan futbolçunun bu maaşı 3 min manata endirilib. “Sumqayıt”ın Cavidə 8 min manat söz verməsi isə futbolçunun rəhbərliyə “ağız açması”na gətirib çıxarıb. Buna baxmayaraq klub rəhbərliyi futbolçunun getmək haqda qərarını müsbət qarşılamayıb. 

Ən son məlumata görə, İmamverdiyev bir vəclə komandadan getməyə can atır.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43