13 İyul 2026
Dünya futbolu

“Çelsi” 99 il sonra bunu yaşadı

“Çelsi” bu mövsüm klub tarixinin ən pis çıxışlarından birini göstərir.

İdmanxeber.az-ın məlumatına görə, London klubu İngiltərə çempionatında “Liverpul”la heç-heçə oynayıb (0:0). Bu, Qrem Potterin baş məşqçi postundan istefasından sonra “Çelsi”nin ilk oyunu idi.

“Zadəganlar” bu mövsüm 29 oyunda 29 qol vurub. Bu, klub tarixinin ən pis üçüncü göstəricisidir.

Belə ki, “Çelsi” daha öncə 29 turdan sonra 1921-22 mövsümündə 23, 1923-24-cü ildə isə 16 qol vurmuşdu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43