Kateqoriyasız

“Çelsi” “Barselona”nın ulduzu ilə danışıq aparır

Pyer-Emerik Obameyanq karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Çelsi” futbolçunun xidmətində maraqlıdır. London klubunun qabonlu oyunçu ilə danışaqlar apardığı bildirilir. Mənbə “Zadəganlar”ın hələlik “Barselona”ya rəsmi təklif göndərmədiyini də vurğulayıb.

Obameyanq Kataloniya klubuna “Arsenal”dan keçib. O, ötən mövsüm La Liqada 17 matç keçirib və 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43