Kateqoriyasız

UEFA reytinqi: Azərbaycan xal ehtiyatını artırdı

Azərbaycan UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

İdmanxeber.az-ın məlumatına görə,  “Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Macarıstanın “Ferentsvaroş” klubu ilə 1:1 hesablı nəticəsi ölkənin aktivinə daha 0,125 xal gətirib.

Ancaq bu, sıralamada yerimizi dəyişməyib. Cədvəldə Azərbaycan hələ də 29-cu sıradadır. Aktivində 15.125 xalı olan Polşa isə 28-ci pillədə qərarlaşıb.

Avrokuboklardakı digər təmsilçimiz Neftçi” isə bu gün Konfrans Liqasındakı III təsnifat mərhələsində ilk Bakıda “Rapid” (Vyana) klubu ilə qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43