06 İyul 2026
Dünya futbolu

“Çelsi”dən “Real”a keçə bilər

“Real” yarımmüdafiə xəttini gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandeslə maraqlanır. Baş məşqçi Karlo Ançelotti futbolçunu çox bəyənir. Yayda transfer üçün danışıqlar başlayacaq.

Fernandes bu mövsüm London klubunun heyətində 34 matçda iştirak edib, 5 qol vurub və 9 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43