Dünyadan

“Çelsi”dən “Real”a maraqlı təklif: Al bunu, ver onu

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo sabiq komandası Madrid “Real”ının futbolçusu olan Luka Modriçi Londona gətirmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, “zadəganlar” mövsümün sonunda Madrid “Real”ı ilə futbolçu dəyişikliyi etməyi planlaşdırır.

Belə ki, “Çelsi” bu keçidin reallaşması üçün Oskarı qarşı tərəfə verməyə hazırdı.

“Kral” klubunun bu təklifə nə cavab verəcəyi maraqla gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43