28 İyun 2026
Dünya futbolu

“Çelsi”nin futbolçusu evdə zədələndi

“Çelsi”nin futbolçusu Koul Palmer yenidən zədələnib.

İdmanxeber.az xəbər verir ki, baş məşqçi Entso Mareskanın açıqlamasına görə, oyunçu evdəki qəza zamanı ayaq barmağını sındırıb və “Börnli”, “Arsenal” və “Barselona” ilə oyunları buraxacaq.

Palmer qasıq zədəsi səbəbindən artıq iki aydır meydana çıxmırdı.

O, bu mövsüm 10 matçda 5 qol və 2 ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43