İdman

Çempionlar Liqası: “Qalatasaray”ın rəqibi müəyyənləşdi – YENİLƏNİB

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bu mərhələdə oynamaq hüququ qazanan bütün komandaların rəqibləri müəyyənləşəcək. 1/8 final iştirakçıları arasında İngiltərə, Almaniya, İtaliya, Fransa, Rusiya, Türkiyə və Yunanıstan təmsilçiləri var.

Qrup qalibləri: "Mançester Yunayted" (İngiltərə), "Real" (Madrid, İspaniya), PSJ (Fransa), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Borussiya" (Almaniya), "Atletiko" (Madrid, İspaniya), "Barselona" (İspaniya)

Qrup ikinciləri: "Bayer" (Leverkuzen, Almaniya), "Qalatasaray" (Türkiyə), "Olimpiakos" (Yunanıstan), "Mançester Siti" (İngiltərə), "Şalke" (Almaniya), "Arsenal" (İngiltərə), "Zeni" (Rusiya), "Milan" (İtaliya)

1/8 final 
"Mançester Siti" – "Barselona"
"Olimpiakos" – "Mançester Yunayted"
"Milan" – "Atletiko" (Madrid)
"Bayer Leverkusen" – PSJ
"Qalatasaray" – "Çelsi"
"Şalke" – "Real" (Madird)
"Zenit" – Borussiya" (Dortmund)
"Arsenal" – "Bavariya"

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43