12 İyun 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ” Macarıstandan qələbə ilə dönür

Bu gün “Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsində ilk oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi “Ferensvaroş”la qarşılaşıb. Görüş təmsilçimizin qələbəsilə başa çatıb – 3:1.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 avqust
23:00. “Ferensvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan) 1:3

Qollar: Barnabas Varqa, 29 (1:0), Marko Yankoviç, 50 (1:1), Kevin Medina, 67 (1:2), Musa Qurbanlı 84, (1:3)
Baş hakim: Joau Pedru da Silva Pineyru (Portuqaliya)
Budapeşt, “Qrupama Arena”

Qeyd edək ki, tərəflər arasında cavab oyunu avqustun 27-də Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43