06 İyul 2026
Dünya futbolu

Çempionlar Liqasında mövsümün ilk püşkü atıldı

UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilkin mərhələsinin püşkatma mərasimi keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək.

Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.

Qalib komanda I təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu “Qarabağ”a rəqib ola bilər.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü oyunun 20-da atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43