Dünya futbolu

Çempionlar Liqasında yarımfinal cütlükləri bəlli olur

Bu gün Çempionlar Liqasında yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək.

İdmanxeber.com-un məlumatına görə,  İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

Çempionlar Liqasında yarımfinala aşağıdakı komandalar yüksəliblər:

“Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (Turin, İtaliya), “Atletiko” (Madrid, İspaniya).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43