İdman

Çexiya ilə oyun öncəsi millimizdə ciddi itki

Milli komandamız bu gün Çexiya önünə ciddi itki ilə çıxacaq. Komandamızın kapitanı Rəşad Sadıqov zədə səbəbindən Ostrava şəhərində keçiriləcək oyunda forma geyinməyəcək. 
 
Qeyd edək ki, dünən mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki Sadıqovla bağlı qərarını oyun günü açıqlayacağını bildirmişdi. O, Sadıqov oynaya bilməsə, onun yerinə Bədavi Hüseynovun mübarizə aparacağını demişdi.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43