İngiltərə milli komandasının heyətində ciddi itki baş verib.
Yığmanın hücumçusu Ceymi Vardi sıradan çıxıb. İngiltərə Futbol Federasiyasının rəsmi saytından verilən məlumata görə, məşq zamanı zədələnən forvard millinin düşərgəsindən kənaraşdırılıb.
Bu səbəbdən “Lester”in qolçusu İngiltərə millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə matçını və Fransaya qarşı hazırlıq oyununu buraxmalı olacaq.