İngiltərə yığmasının qapıçısı Co Hartın “Mançester Siti” ilə yolları birdəfəlik ayrıla bilər.
İdmanxeber.com-un xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” “Torino”ya icarəyə verdikləri qolkiperi satmaq istəyirlər.
Mançesterlilərin yeni baş məşqçisi Xosep Qvardiolanın istəmədiyi Hartı transfer etmək istəyən klub 9 milyon funt-sterlinqindən keçməli olacaq. Premyer Liqa klubu bu məbləğ qarşısında 29 yaşlı çərçivə qoruyucusunu satmağa razıdı.
Qeyd edək ki, Hartın “Mançester Siti” ilə müqaviləsinin müddəti 2019-cu ilə qədər nəzərdə tutulub.

