29 İyun 2026
Ölkə futbolu

Coşqun Diniyev “Araz-Naxçıvan”da – RƏSMİ

“Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, Coşqun Diniyev cari mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Yarımmüdafiəçi ilə anlaşma 1 illikdir.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən C.Diniyev müxtəlif illərdə Premyer Liqanın “İnter”, “Qarabağ”, “Sabah” və “Zirə” klublarında çıxış edib.

O, Türkiyənin “Ümraniyəspor”, “Bandırmaspor” komandalarının hər birində bir mövsüm keçirib. 30 yaşlı futbolçunun son klubu isə “Çorum” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43