Kateqoriyasız

“Çox vacib qələbə qazandıq” – Rəşad Sadıqov


“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Mingəçevir”ə qalib gələrək (2:0) növbəti mərhələyə yüksəlmələri barədə danışıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, mütəxəssis önəmli qələbə qazandıqlarını deyib:

“Çox vacib qələbə qazandıq. 1/8 final mərhələsi 1 oyundan ibarətdir. Bu, üzərimizdəki təzyiqi artırırdı. Futbolçularıma təşəkkür edirəm. Mümkün şəraiti nəzərə alaraq, bu gün çox intizamlı, peşəkar oynadılar və bizim üçün çox vacib qələbə qazandılar”.

Qeyd edək ki, “Zirə” 1/4 finalda Neftçi” ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43