29 İyun 2026
İdman

Cüdoçularımız “Böyük Dəbilqə”də mübarizəyə başlayır

Azərbaycan cüdoçuları bu gün Gürcüstanın paytaxtı Tbilisidəki “Böyük Dəbilqə” turnirində mübarizəyə start verəcəklər.

İdmanxeber.az xəbər verir ki, ilk yarış günü 5 cüdoçumuz 4 çəki dərəcəsində (3 kişi və 2 qadın) tatami üzərinə çıxacaqlar.

Kişilər arasında Murad Muradlı, (60 kq) Nazir Talıbov və Rəşad Yelkiyev (hər ikisi 66 kq) medallar uğrunda mübarizə aparacaq. Qadınların yarışında isə Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) güclərini sınayacaq.

Qeyd edək ki, yığma turnirdə 8 çəki dərəcəsində 11 cüdoçu (7 kişi, 4 qadın) ilə təmsil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43