Kateqoriyasız

Daha bir azərbaycanlı futbolçu Gürcüstan klubunda

“Səbail”dən ayrılan yarımmüdafiəçisi Vüqar Bəybalayev karyerasını Gürcüstanda davam etdirəcək.

27 yaşlı futbolçu “Telavi” klubuna keçib. 27 yaşlı futbolçunun müqavilə şərtləri açıqlanmayıb.

Vüqar yeni klubunda 15 nömrəli formada çıxış edəcək.

“Telavi” Gürcüstanın yüksək liqasında 5 turdan sonra topladığı 5 xalla 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Daha bir azərbaycanlı futbolçu İbrahim Qədirzadə idə “Samtrediya”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43