Kateqoriyasız

Daha bir klubumuz Türkiyəyə yollandı

Premyer Liqa təmsilçilərimizdən daha bir Türkiyəyə uçub.

İdmanxeber.az xəbər verir ki, “Səbail” də Antalyanın yolunu tutub.

Paytaxt təmsilçisi yanvarın 17-dək Türkiyədə təlim-məşq toplanışında olacaq.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv üç yoxlama görüşünə çıxacaq.

“Səbail” yanvarın 8-də “Legiya” (Polşa), 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43