Dünya futbolu

Dəniz Yılmaz qol vurdu, komandası xal qazandı

Türkiyə Super Liasında 24-cü turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” səfərdə “Osmanlıspor”un qonağı olub. Qarşılaşma 1 – 1 hesablı bərabərliklə yekunlaşıb.

Dəniz Yılmaz oyuna start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Millimizin üzvü 40-cı dəqiqədə penalti qolu ilə matçda hesabı açıb.

Qeyd edək ki, bu nəticədən sonra aktivində 32 xal olan “Bursaspor” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43