Ölkə futbolu

Deyan Blazevski “Xəzər Lənkəran”dan ayrılır

Makedoniya millisinin heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, yığmanın yeni baş məşqçisi Curovski Skopye ölkəmizdə çıxış edən iki futbolçuya dəvət göndərib. Həmin oyunçular “Xəzər Lənkəran”da çıxış edən Deyan Blazevski və “Qarabağ”da top qovan Muarem Muaremdir. Hər 2 futbolçu martın 2-də yığmalarının qaldığı “Grand Plaza” otelində olmalıdır.

Qeyd edək ki, Makedoniya millisi ilk sınağını martın 5-də Latviya yığmasına qarşı verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43