29 İyun 2026
Dünya futbolu

Di Mariya məşqçi olmaq istəyir

“Rosario Sentral”ın 37 yaşlı futbolçusu yaxın gələcəkdə məşqçi olmağa hazırlaşdığını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, Leandro Paredeslə birlikdə gələcək məşqçi heyətini formalaşdırır və bunun üçün artıq kurslara qatılıb:

“Lisenziya alıram. Komandalarımız həmişə 4-3-3 sxemi ilə oynayacaq. Təqaüddən sonra ‘Rosario Sentral’ və ‘Boka Xuniors’u çalışdırmaq istəyirik”.

Di Mariya bu ilin iyulunda “Benfika”dan ayrılaraq doğma klubuna – “Rosario Sentral”a qayıdıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43