06 İyul 2026
Dünya futbolu

Dibala “Çelsi”yə keçir?: “O, dünya səviyyəli futboçudur”

“Çelsi”nin müdafiəçisi Tiaqo Silva Paulo Dibalanın kluba keçib-keçməməsindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı oyunçu argentinalı barədə xoş sözlər deyib. O, Dibala ilə danışdığını bildirib:

“Mən Paulo Dibalanı gördüm. Mətbuat onun “Çelsi”yə keçməsindən danışır. Onunla danışdım, gəlib-gəlməyəcəyini soruşdum. O, dünya səviyyəli oyunçudur, Pauolo ilə birlikdə oynamaq istərdim. Güclü transfer olardı. Görək, necə olacaq” – deyə, bildirib.

Futbolçunun özü daha əvvəl Roma klubundan ayrılmaq fikrində olmadığını bildirmişdi.

Dibala ötən yaydan “Roma”dadı. 2022/23 mövsümündə o, romalıların heyətində 38 oyun keçirib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43